🤖 AI
⚡ Automation
📈 UX
⚙️ Make.com
🚀 SaaS
📊 CRM
💻 Code
🔄 Flow
💡 Business
☁️ API
📱 App
📊 Data
Nihad Abdullayev
Haqqımda

Texnologiyanı biznes nəticəsinə çevirirəm

Mənim üçün rəqəmsal transformasiya sadəcə yeni bir sayt, mobil tətbiq və ya avtomatlaşdırma yaratmaq demək deyil.

Əsas məqsəd biznesin necə işlədiyini anlamaq, satış və gəlir imkanlarını artırmaq, iş keyfiyyətini yüksəltmək, manual əməliyyatları azaltmaq və daxili proseslərdə yaranan vaxt, məlumat və resurs itkilərini minimuma endirməkdir. Texnologiya yalnız bu nəticələrə xidmət etdiyi zaman real dəyər yaradır.

10 ildən artıqdır ki, biznes, texnologiya və rəqəmsal məhsulların kəsişməsində çalışıram.

Karyerama proqramlaşdırma və rəqəmsal marketinq sahəsində başlamışam. Sonrakı illərdə biznes analizi, məhsul idarəçiliyi, e-commerce, biznes inkişafı və rəqəmsal transformasiya istiqamətlərində fəaliyyət göstərmişəm. Bu fərqli təcrübələr mənə biznes problemlərinə yalnız texnologiya tərəfindən deyil, istifadəçi, proses, gəlir, əməliyyat və icra baxımından yanaşmağa imkan verir.

İşə adətən mövcud vəziyyəti və biznes proseslərini analiz etməklə başlayıram. Prosesin harada ləngidiyini, hansı mərhələlərdə əlavə xərc və resurs itkisi yarandığını, müştəri təcrübəsinin harada zəiflədiyini və hansı imkanların istifadə olunmadığını müəyyənləşdirirəm.

Daha sonra hansı proseslərin yenidən qurulmalı və rəqəmsallaşdırılmalı olduğunu, hansı məhsul, sistem və avtomatlaşdırmalara ehtiyac olduğunu və bunların biznesə hansı nəticəni gətirəcəyini müəyyənləşdirirəm.

İdeyanın formalaşdırılmasından məhsul strategiyasına, istifadəçi təcrübəsindən texniki tələblərə, proses arxitekturasından roadmap-a və icranın idarə edilməsinə qədər bütün mərhələlərdə iştirak edirəm. Mənim rolum yalnız ideya vermək deyil, biznes ehtiyacını konkret və icra edilə bilən həllə çevirməkdir.

Bu günə qədər fintech, pərakəndə satış, e-commerce, logistika və aqrar texnologiyalar sahəsində rəqəmsal məhsulların və transformasiya layihələrinin qurulmasına rəhbərlik etmişəm. Həyata keçirilən layihələr nəticəsində onlayn satışların 8 dəfə, platforma trafikinin 30 dəfə, daxil olan müraciətlərin isə 400%-ə qədər artdığı nəticələr əldə olunub.

Bununla yanaşı, daxili proseslərin avtomatlaşdılması, sistemlər arasında məlumat axınının qurulması, manual əməliyyatların azaldılması və komandaların daha sürətli və keyfiyyətli işləməsi üçün yeni əməliyyat modelləri hazırlamışam.

Eyni zamanda müxtəlif rəqəmsal məhsulların təsisçisi və məhsul rəhbəri kimi sıfırdan ideyanın formalaşdırılması, MVP-nin hazırlanması, bazara çıxış və məhsulun davamlı inkişafı proseslərini idarə etmişəm.

Hazırda əsas fəaliyyət istiqamətlərim bunlardır:

  • Rəqəmsal transformasiya strategiyasının hazırlanması;
  • Rəqəmsal məhsul və platformaların qurulması;
  • Biznes proseslərinin yenidən dizaynı və avtomatlaşdırılması;
  • AI həllərinin biznes proseslərinə tətbiqi;
  • UX, satış və conversion göstəricilərinin optimallaşdırılması;
  • İş keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılması;
  • Daxili proseslərdə vaxt, məlumat və resurs itkilərinin azaldılması.

Məqsədim texnologiyanı sadəcə biznesə əlavə etmək deyil. Onu daha çox gəlir yaradan, daha keyfiyyətli işləyən, daha az itki verən və böyüməyə hazır bir sistemə çevirməkdir.

Nihad Abdullayev